1 mart üçün HAVA XƏBƏRDARLIĞI
- Yeganə
- Feb 27, 2021
- 1 min read
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Comments