top of page

2-ci Qarabag müharibəsində yaralanmış əsgərlərmiz, polislərmizə təşəkkür etdilər

  • Yeganə
  • Nov 20, 2020
  • 1 min read

Qazax rayon Mərkəzi xəstəxanasında 205 nəfər yaralı yatan əsgər və zabitlərmiz var.

Bunlara mütəmadi olaraq Qazax rayon polis şöbəsinin rəisi polis Polkovniki Ədalət Əliyev və bir qrup polis əməkdaşları baş çəkir və onların nəyə ehtiyacları olduğu ilə maraqlanırlar.

Son 5-6 gün ərzində Qazax rayon polis şöbəsi tərəfindən xəstəxanada yaralı yatan əsgərlərmizə 10 ədəd smartfon tipli mobil telefon və bir neçə xəsdəyə digər ləvazimatlar alınmışdır.


Biz Agstafa Qarabag Əlillərinə Qayğı İctimai Birliyinin filial üzvləri və Qazax rayon Mərkəzi xəstəxanasında müalicə olunan 2-ci Qarabag müharibə iştirakçıları tərəfindən Qazax rayon polis şöbəsinin rəisinə və şəxsi heyyətinə, bizlərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığımızı bildiririk.

Redaksiyamız adından biz də təşəkkür edirik

Comments


bottom of page