top of page

“2020-ci ilin Orucluğu “COVİD-19”-dan ölənlərin sayını azaldıb”-İNGİLİS ELMİ NƏŞRİ...

  • Yeganə
  • Apr 4, 2021
  • 1 min read



Yeni bir hesabata görə, ötən ilki Ramazan ayında oruc tutmaq Böyük Britaniyadakı müsəlmanlar arasında “COVID-19”-dan ölüm nisbətini artırmayıb. Bu günlərdə “Journal of Global Health” nəşrində yayımlanan bir araşdırmada oruc tutan Britaniya müsəlmanlarının koronavirus infeksiyasından ölmə ehtimalının daha yüksək olduğuna dair heç bir dəlil olmadığı söylənilir. Yəni, statistik rəqəmlər deyilənlərin əksini göstərir. “2020-ci ildə azsaylı icmaların mədəni adətlərinin guya onların pandemiyaya həssaslığını artırdığını izah edən bir çox şərhlər verilib. Bəziləri guya Ramazan ayında infeksiyaların artdığını göstərir. Ancaq bu fərziyyələr heç bir şəkildə təsdiqlənməyib ” -deyə ingilis jurnalı yazır. Hesabat Britaniyadakı pandemiyanın ilk dalğasının zirvəsindən qısa müddət sonra - 23 apreldə başlanan ötən ilki Orucluq ayında “COVID-19”-dan ölüm nisbətlərinin müqayisəli analizinə əsaslanır. Tədqiqatçılar əhalinin, ən azı, 20 faizinin müsəlman olduğu onlarla bölgədə ölüm nisbətini təhlil ediblər. Onlar Ramazan ayında həmin bölgələrdə ölümlərin azaldığını görüblər. Üstəlik, bu tendensiya Ramazandan sonra da davam edib. Sultan Laçın

Comments


bottom of page