AB-dən cəza: Tiflisə yardımı dayandırır
- Yeganə
- Apr 2, 2021
- 1 min read

Avropa Parlamenti Gürcüstana verdiyi 60 milyon avro həcmində maliyyə yardımını dayandıra bilər.
Bu məlumatı “Azadlıq” radiosunun Avropa Parlamentindəki müxbiri Rikard Yozvak öz Tvitter səhifəsində paylaşıb.
“Danielson Avropa Parlamentinin əsas deputatlarını Gürcüstan barədə məlumatlandırıb. Onların bəyanatı gec olacaq. Görünür, onlar AB-nin Gürcüstana makromaliyyə yardımının dayandırılmasına çağıracaqlar. Növbəti tranş oktyabrda 60 milyon avro həcmindədir”, – deyə o bildirib.
Qeyd edək ki, Avropa Şurası prezidentinin xüsusi nümayəndəsi Kristian Danielsonun Gürcüstan müxalifətiylə iqtidarına təqdim etdiyi razılaşma layihəsini hər iki tərəf imzalamaqdan imtina edib. Tərəflər arasında indiyə qədər aparılan danışıqlarda 5 maddədən 3 ilə bağlı razılıq əldə etmək mümkün olub. Razılıq seçki və məhkəmə reformlar, parlamentdə hakimiyyətin bölgüsünün aparılması məsələlərində əldə edilib. Hökumət yalnız iki maddəni - siyasi məhbusların azad edilməsini və ölkədə növbədənkənar seçkinin keçirilməsini qəbul etməyib.
亚博体育 亚博体育 亚博体育 亚博体育 开云体育 开云体育 开云体育 开云体育 乐鱼体育 爱游戏体育 华体会体育 华体会体育