ABŞ azərbaycanlılarla ermənilər arasında isveçliləri yerləşdirmək istəyir - Trampın müşavirindən...
- Yeganə
- Oct 31, 2020
- 1 min read
ABŞ Skandinaviya ölkələrindən olan sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi üzərində işləyir.

Bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brien Los-Ancelesin erməni icması ilə görüşündə deyib. "Biz Skandinaviya ölkələrinin hökumətləri ilə atəşkəs rejimini saxlamaq üçün sülhməramlıların Dağlıq Qarabağa göndərilməsi üzərində işləyirik", - deyə Trampın müşaviri vurğulayıb.
Comments