top of page

Ali Baş Komandanın iradəsi ortadadır, bu, düşmənlə sonuncu savaşımız olacaq...

  • Yeganə
  • Oct 14, 2020
  • 1 min read

“Ermənilərin belini qırmışıq, sadəcə özlərinə ürək-dirək verirlər. Rus öz ordusunu Qarabağa cəlb etsə də, mümkün olası şey deyil, çünki bizim ordumuz rusların ordusundan da qat-qat güclüdür”

Bunu açıqlamasında Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Ağdam döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Firudin Məmmədov deyib. 

F.Məmmədov dünyanın ən vətənpərvər xalqının Azərbaycan xalqı olduğunu və torpaqlarını işğaldan azad edəcəyinə inandığını bildirib:

“Azərbaycan Ordusu, dövləti və xalqı birləşib torpaqlarımızın məsələsini yekunlaşdırmaq qərarına gəlib. Ali Baş Komandanın iradəsi ortadadır, düşünürəm ki, bu, düşmənlə sonuncu savaşımız olacaq və biz Qarabağ probleminə nöqtə qoyacağıq. İnşallah Azərbaycan xalqı ən yaxın müddətdə qələbə çalacaq. Neçə illərdir Azərbaycan Ordusunun düşməni on günə, bir aya məhv edəcəyini düz deyirmişik. Hələ onlara dəstək olanlar var. Biz sanki bir neçə dövlətlə vuruşuruq. Ermənilərin belini qırmışıq, sadəcə özlərinə ürək-dirək verirlər. Rus öz ordusunu Qarabağa cəlb etsə də, mümkün olası şey deyil, çünki bizim ordumuz rusların ordusundan da qat-qat güclüdür. Rusiya bizə müharibə elan etsə də, bacarmaz, çünki ölümün üstünə toy-bayramla getmək asan şey deyil, müharibəni udan həm də ruh yüksəkliyidir. Bu isə bizim millətimizdə var. Mən bu illər uzunu universitetlərdə görüşlərdə olurdum və bu vətənpərvərliyin, ruh yüksəkliyinin şahidiydim. Onda dedim ki, bu günki gənclər 90-cı illərin gənclərindən daha vətənpərvərdir. Dünyanın ən vətənpərvər ölkəsi Türkiyədir, amma biz bu addımımızla düşünürəm ki, bəlkə də qardaş ölkəni də geridə qoymuşuq. Onlar da bizim bu hünərimizə pərəstiş edirlər”. Moderator.az


Comments


bottom of page