top of page

Almaniyada yaşayan xanəndəmizin təqdimatında “Ulduzlarla görüş” layihəsi...

  • Yeganə
  • Mar 4, 2021
  • 1 min read



Almaniyada yaşayan Azərbaycanlı xanəndə Vüsalə Cabir yeni layihə üzərində çalışır. Açıqlama verən xanəndə “Ulduzlarla görüş”adlanan layihəsinin beynəlxalq xarakter daşıyacağını bildirdi: “Martın 6-da “İnstagram”da canlı yayım proqramına başlayacam. İndi belə canlı yayımlar daha baxımlı və zamanın tələbi ilə uzlaşır. Bizim canlı yayımın özəlliyi ondan ibarət olacaq ki, bu geniş layihə formasında təqdim ediləcək. Bu layihənin əsas məqsədi bir zamanlar öz ölkələrində tanınan, lakin sonra başqa ölkələrə üz tutan tanınmış simalar və incəsənət sahəsinin hər qoluna aid olan sənətçi, ifaçı, aktyor, şair, yazar, bəstəkar, rep, pop, jaz, rok, muğam və digər səpkidə olan simalarla yenidən tamaşaçı ilə görüşdürməkdir. Məqsədim isə bundan reytinq deyil, gördüyüm işdən mənəvi zövq almaqdır. Təbii ki, reytinq lazımdır, amma mənim üçün elə də önəmli və vacib deyil. Gələcəkdə isə müxtəlif ölkələrdə olan sənətçilərin evlərində ziyarət edib, çəkiliş etmək niyyətindəyəm. Layihədə yalnız sənətçilərimiz və muğam, digər janrların ifaçıları deyil, həm də Türkiyə, İran, Avropa və digər ölkələrdən də qatılan tanınmış simalar və rep, türk sənət musiqi ifaçıları da qatılacaq. Tamaşaçılardan xahişim “İnstagram” səhifəm “@vikajabir”-i izləyib, dəstəklərini əsigəməsinlər. Ümid edirəm ki, onların da dəstəyi ilə birlikdə maraqlı layihə olacaq. Qəlbi gözəl, olan musiqi sevən izləyicilər mənim təqdimatımda "Ulduzlarla görüş”-ü izləməyi unutmasınlar”.

Коментари


bottom of page