top of page

Aprelin 5-dən bu müəssisələr də BAĞLANIR

  • Yeganə
  • Apr 3, 2021
  • 1 min read


Təhsil Nazirliyinin ötən gün aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda distant təhsilə keçmə ilə bağlı qərarı məktəbdənkənar təhsil müəssisələrinə də aiddir. Qaygi.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib. Qeyd edək ki, məktəbdənkənar təhsil müəssisələrinə Uşaq-Gənclər İdman Şahmat Məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri daxildir.



Comments


bottom of page