top of page

“Atamız mələk olub, göylərdədir, hər zaman da bizim yanımızdadır” - Şəhidimizin əkiz qızları...

  • Yeganə
  • Nov 13, 2020
  • 2 min read




Ramid Hacıyev 1987-ci il fevral ayının 11-də  Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. Doğma torpağının işğal altında olması ilə heç vaxt barışmayan Ramid uşağlıq arzusunu bir gün reallaşdıracağı günü gözləyirdi.. O arzusu isə hərbçi olub, işğal altındakı torpaqları azad etmək idi. Yaxınları deyir ki, anasına söz vermişdi ki, Cəbrayıl yağı düşməndən alınmamış şəhid olmayacaq.. Elə bu arzusu onu Cəmşid Naxçıvanski adına hərbi məktəbə gətirib çıxarır. Mayor rütbəsinə qədər yüksələn Ramid ölümündən bir neçə ay öncə general adını qazanmaq üçün kursa da yazılıbmış. Lakin 27 sentyabrda əks hücum başlayanda o bu kursdan imtina edərək birbaşa döyüşlərin cərəyan etdiyi bölgələrə üz tutub. Oktyabr ayının 16-da şəhid olan Ramid Hacıyev 18- oktyabrda 2-ci fəxri xiyabanda dəfn olunub. “Bibim oğlu mayor Ramid Hacıyev Tərtərdə kombat vəzifəsində xidmət edirdi. Müharibə başlayanda Kəlbəcər uğrunda gedən döyüşlərdə o da qəhrəmancasına şəhid oldu. 2-ci fəxri xiyabanda dəfn etdik onu. Bir neçə əsgəri də özü ilə birlikdə şəhid olmuşdu. Əsgərinin biri isə yaralıdır, hal-hazırda qospitaldadır. Şəhid olmaq onun çoxdankı arzusu idi, deyirdi ki, ya general olacam, ya da generaldan da yuxarı rütbə olan şəhidliyə yüksələcəm” bu sözləri Moderator.Az-a mayor Ramid Hacıyevin bibisi oğlu Nahid Əzimov bildirib.  Şəhidin yaxını bildirib ki, Ramid Hacıyevin iki əkiz qız və bir oğlu var: “Əkiz qızları 1-ci sinifdə, oğlu isə 3-cü sinifdə oxuyur. Apardıq məzarının üstünə, onları başa saldıq. Çünki bir müddət sonra onlara demək çətin olacaqdı. Oğlu qızlarından nisbətən böyük olduğuna görə ona atasının şəhid olduğunu demişik. Qızlarına isə demişik ki, atanız mələk olub, göylərdədir. Kim soruşanda ki, atanız hanı? Deyirlər ki, bizim atamız mələk olub, göylərdədir, hər zaman da bizim yanımızdadır” deyə şəhidin  bibisi oğlu bildirib. Biz də Moderator.Az ailəsi olaraq şəhidimizin yaxınlarına səbr diləyirik, ruhu şad olsun deyirik!


Comments


bottom of page