top of page

Avtobusda yayılan "taclı virus": Çarəsiz qalan BNA... - AÇIQLAMA

  • Yeganə
  • Oct 20, 2020
  • 1 min read



Bu gündən etibarən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyəti dayandırılıb. Metronun faəliyyətinin dayandırılmasından sonra avtobuslarda sıxlıq yaşanır. Son bir neçə gün ərzində koronavirusa yoluxmada kəskin atrımı nəzərə alsaq, avtobuslarda sıxlığın olması yoluxmanı daha da sürətləndirə bilər.  

Bəs Bakı Nəqliyyat Agentliyi (BNA) sıxlığın qarşısını almaq üçün hansı addımları atır?

Məsələ ilə bağlı açıqlama verən BNA-nın Mətbuat katibi Mais Ağayev sərnişin tələbatını qarşılamaq üçün adi rejimlə müqayisədə 13-15% artıq avtobus cəlb olunduğunu bildirib:

“Zərurət olacağı təqdirdə avtobus sayı daha da artırılacaq. Lakin avtobuslarının sayının artırılması həll yolu deyil. Bundan əvvəlki karantin zamanı biz bunun sübutunu əyani formada gördük. Xəttə ən maksimal sayda, yəni qarajlarda olan  bütün işlək avtobuslar çıxarıldı. Amma yenə də sıxlıq oldu. Bu cür hallarla rastlaşmamaq üçün vacib məsələ avtobusların maneəsiz hərəkətinə nail olmaqdır. Buna nail olmadan, avtobus sayını artırmaqla biz sadəcə yollarda sıxlığı artırmış oluruq. Çünki avtobuslar da digər nəqliyyat vasitələri kimi yolla hərəkət edir. Yoldakı vəziyyət birbaşa avtobusların hərəkətinə təsir edir. Məsələn, Heydər Əliyev, Qara Qarayev və Ziya Bünyadov prospektlərində səhər və axşam pik saatlarında olan sıxlıq, təbii olaraq bu yollardan keçən avtobusların gecikməsinə səbəb olur. Bu halda dayanacaqlarda daha çox sərnişininin toplanması və avtobuslarda sıxlığın yaranması qaçılmaz olur”.


Komentar


bottom of page