top of page

"Azadlıq savaşından sonra biz tam başqa bir ölkəyə çevriləcəyik"

  • Yeganə
  • Oct 15, 2020
  • 1 min read

Ən əsası odur ki, biz hamımız, bir millət olaraq, özümüzü bir daha dərk etdik, tanıdıq. Yaxşı tərəfdən tanıdıq. Hətta deyərdim, haqqımızda bir neçə stereotiplər vardı onları da qırdıq.

Cəbhə bölgəsində çox hiss olunur. Hamı əl-ələ verdi həqiqətən. Bir yumruq kimi. Bir nəfər kimi. A kişi, Bakıdan əsgərə TIR-larla mal gəlir… Sağ olsunlar. Nə deyim. Çoxları adlarını da demir, istəmir bilinsin.


Rəşadətli lideri və konkret, ümummilli konsensuslu hədəfi olan xalq gör nələr edərmiş. Bərdədə adamlar bütün günü orda burda Ali Baş Komandanın nitqlərini müzakirə edir. Özü də “şəhər sakinləri style” yox e… Həqiqi, ürəkdən… Dönərçi prezidentə dua oxuyur dönər kəsə kəsə.

Qapanlıda maşından atmışıq özümüzü küvetə, danqadaranq gedir, mərmi arvadın həyətinə düşür, sakitləşəndə qışqırırıq “Ana, ana, çıx ordan, gəl aparaq maşınla!”, arvad deyir “A bala, oğlum irəlidə MAXE-dir, hana çıxım gedim?!”…

Eyni zamanda isə hərbi vəziyyət, internetə, sosial şəbəkələrə məhdudiyyət, digər kompleks tədbirlər – bunlar sabah başqaları tərəfdən də öyrəniləcək, nəzərə alınacaq bu təcrübə.

Xüsusən də cəbhəyanı bölgələrdə 24 saat səngərdəki əsgərlər kimi (bəzən isə elə doğrudan da səngərdə) çalışan DİN və DTX əməkdaşlarını qeyd etməliyəm. Bərdəni, Tərtəri, Goranboyu görmüşəm, deyə bilərəm.

Zəfərlə bitəcək bu azadlıq savaşından sonra biz tam başqa bir ölkəyə çevriləcəyik.

Bir daha yanımda kimsə bu üç fikirdən birini səsləndirsə, vuracam:

Commenti


bottom of page