top of page

“Azercell”də fantastik qiymətlər – Bu nömrənin satışı 70 min manata elan edildi(VİDEO)

  • Yeganə
  • Apr 1, 2021
  • 1 min read



Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir Beləki, Azərbaycanın ilk mobil operatoru olan Azercell barədə geniş məlumata ehtiyac yoxdur. Hazırda 4.5 milyondan çox abunəçisi olan şirkət demək olar ki, bütün ölkə ərazisini əhatə edir. Ancaq zaman-zaman bu şirkətlə bağlı şikayətlər, narazılıqlar da mediaya yol tapır. Sonuncu dəfə Azercell Telekom MMC ilə Milli Ön-nün məhkəmə çəkişməsi barədə xəbər yayıldı. Xəbərdən bəlli olurdu ki, Azercell borcunu ödəmədiyi üçün Milli Ön abunəçilərin kontur yükləməsinə məhdudiyyət qoyub, daha doğrusu bu əməliyyatı aparmaq mümkün deyildi. Bu isə Azercell abunəçiləri arasında ciddi narazılıq yaratdı. Axı, şirkət öz borcuna görə, niyə öz abunəçilərinə discomfort yaratmalıdır. Əlbəttə, problem tək bununla bitmir. Uzun müddətdir ki, şirkətin ən prestijli nömrələri sayılan 050- 211, 050- 288 ilə bağlı cəmiyyətdə az qala bir “əfsanə” dolaşır. Həmin nömrələrin 8-10 min manata satılması dillər əzbəridir. Axı, bu bahalıqda nömrə qiyməti olarmı ? Lap tutaq ki, şirkət nömrələri həqiqətən də bu qiymətə müştərilərə satır. Bəs bunun rüsumu, dövlətə vergisi hara , daha doğrusu kimlərin cibinə gedir ? Digər problem odur ki, belə bahalı nömrələrə sahib olan abunəçilər, sonrada lazım gələrsə həmin nömrəni öz yaxınına, dostuna hədiyyə edə, onun adına keçirə bilmir. Bu məsələ ancaq etibarnamə ilə mümkündür. Amma ada keçirmək istəyən müştəri xüsusi yollarla 5 min manat ödəməlidir. Bildirək ki, Azercell şirkəti bu məsələlərə aydınlıq gətirmsi çox vacibdir. GUNinfo.az bildirir ki, bu barədə Gundelik-baku.com -un əməkdaşı elanlar saytında maraqlı təklifə rast gəlib. Deməli, Azərbaycanın ilk mobil operatoru Azercell-ə məxsus olan 051-777-77-77 mobil nömrə alıcılara 70000 ( yetmiş min ) manata təklif edilir. Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatda iddia olunub:”…elan verən şirkət özü də Azercell-ə məxsusdur…”

Comments


bottom of page