Azov dənizində “General Həzi Aslanov” neft tankerində partlayış olub, 3 dənizçi itkin düşüb
- Yeganə
- Oct 25, 2020
- 1 min read

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib.
FHN-in Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumata görə, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.
Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.
Qeyd edək ki, tanker “Qafqaz” limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.
Comments