top of page

Azərbaycan bu nəticəsinə görə 58 ölkə arasında 28-ci oldu

  • Yeganə
  • Dec 9, 2020
  • 1 min read

Azərbaycanın IV sinif şagirdlərinin TİMSS 2019 (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramının riyaziyyat fənni üzrə nəticələri Fransa, İspaniya və Yeni Zelandiyadan olan yaşıdlarından üstün olub. Trend-in məlumatına görə, Azərbaycan şagirdlərinin nəticələri Cənubi Qafqaz regionunun ən yüksək göstəricisi olub. Azərbaycan şagirdləri 2011-ci illə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib.Şagirlər bu balla Avstraliya, İtaliya və Bolqarıstandan olan şagirdlərlə eyni nəticəni bölüşüblər.

Comments


bottom of page