Azərbaycan-Ermənistan sərhədindən SON XƏBƏR - ZASTAVALAR QURULUB VƏ...
- Yeganə
- Mar 28, 2021
- 1 min read

Ermənistan və Azərbaycan sərhədindəki sərhəd zastavaları hazırda SSRİ-nin 1975-1976-cı illərdəki hərbi xəritələri əsasında yerləşdirilib. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan “Azadlıq” radiosuna (Azatutyun) müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, sərhədlərin son delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir. O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün ikitərəfli münasibətlərin olması zəruridir. Avinyan bu prosesin uzun vaxt ala biləcəyini vurğulayıb. “Biz hələ Gürcüstanla bu prosesi tamamlamamışıq. Ancaq gec-tez bütün qonşularımızla bu prosesi keçməliyik”, - deyə erməni nazir müavini bildirib. //Baku.ws
Comentarios