top of page

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

  • Yeganə
  • Dec 13, 2020
  • 1 min read



Azərbaycan güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib. "Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib. Qarşılaşma Dadovun qələbəsi ilə yekunlaşıb. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 55 kq-dakı Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər. Qeyd edək ki, Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

Comentarios


bottom of page