Azərbaycan millisi Monteneqronun qələbəsi hesabına C liqasında qalıb
- Yeganə
- Nov 18, 2020
- 1 min read

Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının qrup mərhələsinin VI turunda Lüksemburqla qarşılaşıb. İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu yığma səfər qarşılaşması C liqasının 1-ci qrupunda çıxışını başa vurub. Millimiz 2020-ci ildə son sınağına itkilərlə çıxıb. Abbas Hüseynov zədə, Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxma üzündən matçı buraxıb. Meydan sahiblərinin itkiləri daha çox olub. Ümumilikdə 8 futbolçu cəza, zədə və yoluxma səbəbindən qarşılaşmada iştirak etməyib.
Comments