Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin 6 xeyri... - Əli Məsimli
- Yeganə
- Nov 13, 2020
- 2 min read
"Əgər bu layihə geniş planda baş tutsa, onda Naxçıvanın "Şərqin qapısı” funksiyası özünə qayıdacaq”.

Bunu Milli Məclisin deputatı Əli Məsimli Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin açılmasının Azərbaycan iqtisadiyyatına müsbət təsirlərindən danışarkən deyib. Deputat qeyd edib ki, bu yol açılarsa, ilk növbədə Naxçıvan blokadan çıxacaq: "Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Puintinin Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa da yer alıb. Həmin bəyanatın 9-cu bəndində deyilir ki, "bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”. Azərbaycan tərəfinin təkidi ilə sözügedən birgə bəyanata belə bir bəndin salınması həm Naxşıvan Muxtar Respublikası, həm bütövlükdə Azərbaycan, həm də türk dünyası, eləcə də qlobal-Şərq-Qərb nəqliyyat dəhlizi üçün bir sıra cəhətlərdən çox mühüm əhəmiyyət kəsb edir: 1. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında Mehridən gedən yolun kəsilməsi Naxçıvan iqtisadiyyatını uzun müddət xeyli dərəcədə blokada şəraitinə salmışdı. Bu həm Naxçıvanın iqtisadiyyatına, təchizatına mənfi təsir gstərir, bu da təbii ki, bütövlükdə Azərbaycan iqtisadiyyatında da əks olunurdu. Sazişin bu bəndində nəzərdə tutulanların həyata kecirilməsi prosesi çərçivəsində bu yolun açılması Naxçıvanı blokadan çıxaracaq. 2. Bu dəhlizdə digər kommunikasiya xətlərinin çəkilməsi mümkün olacaq. 3. Kommumikasiya xəttlərinin yaradılması infrastrukturun inkişafına təkan verəcək. 4. Bakı-Naxçıvan -Türkiyə və əks tərəfə marşrutla yükdaşımalar intensivləşəcək. 5. Bura Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılmasını da əlavə etdikdə Muxtar Respublikanın faydalı qazıntı yataqları daxil iqtisadı potensialından geniş miqyasda istifadə edilməsinə hərtərəfli dəstək olacaq, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpasında Naxçıvanın töhfələr verməsinə imkanlar yaradacaq. 6. Bu nəqliyyat dəhlizi təkcə Naxçıvanla məhdudlaşmayıb, həm də çoxşaxəli inteqrasiyanı təmin edəcək”. Əli Məsimli dəmir yolu məsələsinə də toxunub: "Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bildirdiyinə görə, "Azərbaycandakı son hadisələrdən sonra Naxçıvan istiqamətinə dəmir yolunun çəkilməsi planlaşdırılır. Hazırda bu məsələ ilə bağlı ilkin planlaşdırma işləri gedir". Əgər bu layihə geniş planda baş tutsa, onda Naxçıvanın "Şərqin qapısı” funksiyası özünə qayıdacaq. Türkiyə və Azərbaycanın, həmçinin Türkiyə və Mərkəzi Asiyanın ticari-iqtisadi əlaqələrinə əlavə dinamizm gətirə bilər. Bu baxmdan bu dəhliz Türkiyə-Azərbaycan-Mərkəzi Asiya timsalında türk dünyasının inteqrasiya imkanlarının genişlnmsində önəmli rol oynayacaq. Bu yol, Şərqlə Qərb arasında körpü rolunu oynayan, mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevrilən Azərbaycanın ümumi nəqliyyat dəhlizinin önəmli halqalarından birinə çevrilməklə, ölkəmizin tranzit potensialının gücünə yeni güc qatacaq, onun daha dolğun şəkildə reallaşdırılmasına öz töhfəsini verəcək. Bu yolun Naxçıvanın, eləcə də Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırılması, xarici əlaqələrin genişlənməsi, ixrac imkanlarının artması baxımından da əhəmiyyəti olacaq”. Deputat hesab edir ki, bu yol, istər yük, istərsə də sərnişin daşıması sahəsində kifayət qədər vacib əhəmiyyət kəsb edəcək: "Bu dəhliz tranzit xərclərinin azalmasında da mühüm rol oynaya bilər. Çünki yüklərə və insanlara həm ucuz, həm də qısa zamanda mənzil başına çatmağına imkan verəcək”.
コメント