top of page

Azərbaycan nefti bahalaşıb

  • Yeganə
  • Oct 28, 2020
  • 1 min read

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 41,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel çoxdur.

Comments


bottom of page