top of page

Azərbaycan Ordusu BMT TŞ-nin yerinə onun 822 saylı qətnaməsini icra etdi

  • Yeganə
  • Nov 25, 2020
  • 1 min read

Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu. Xatırladaq ki. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə qəbul olunmuşdu. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edilirdi. Kəlbəcər rayonu 2 aprel 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfinsən işğal olunmuşdu.A.Qorxmaz

Comments


bottom of page