top of page

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu - RƏSMİ

  • Yeganə
  • Nov 25, 2020
  • 1 min read



Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi xəbər verir. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.


Comments


bottom of page