Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritə
- Yeganə
- Oct 28, 2020
- 1 min read
Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib.
Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən 4 şəhər, 3 qəsəbə, 165 kənd və Murovdağ zirvəsi qeyd olunub.
Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

Comments