Azərbaycan “yoxa çıxan” kilsə iddiasına cavab verib
- Yeganə
- Mar 26, 2021
- 1 min read

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "mədəniyyət cinayətləri" törətmək barədə Ermənistan tərəfinin səsləndirdiyi iddiaları rədd edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında deyilir.
BBC News Azərbaycanın Cəbrayıl şəhərində "Erməni kilsəsinin yoxa çıxması" barədə xəbər yaydı. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir "mədəniyyət cinayəti" törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik".
BBC müxbiri Jonah Fisher-in Cəbrayıldan hazırladığı videoda Dağlıq Qarabağ müharibəsi vaxtı erməni kilsəsinin "yoxa çıxması" araşdırılır. Onlayn videoda deyilir ki, Azərbaycan işğal altında olan bu ərazini geri alanda kilsə inşa olunduğu yerdə imiş.
Azərbaycan XİN Mətbuat xidməti bildirir ki, sözügedən ibadətgah, Ermənistanın işğalı dövründə, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında "qeyri-qanuni şəkildə" inşa edilmişdir.
Comments