Azərbaycan əhalisi nağd avro alışını artırıb
- Yeganə
- Nov 3, 2020
- 1 min read
Bu ilin sentyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 27,6 mln. avro təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.

Qaygi APA-ya istinadən bildirir ki, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə isə 29,5% azalıb. Bundan başqa, sentyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,03 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 21,9%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3,3 dəfə azdır.
Comments