top of page

Azərbaycanda COVİD-19-a yoluxanların və ölənlərin sayı

  • Yeganə
  • Feb 24, 2021
  • 1 min read


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib. Hazırda 2 281 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016 test icra olunub.

Comments


bottom of page