top of page

Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ

  • Yeganə
  • Mar 19, 2021
  • 1 min read




İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır. Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) verilən məlumata görə, altıgünlük iş həftəsilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Rəsmi məlumata görə, bu, qısaldılmış iş vaxtında işləyənlərə şamil edilmir. Qeyd edək ki, sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır.

Комментарии


bottom of page