Azərbaycanda koronavirusa yoluxan uşaqların sayı artır - Video
- Yeganə
- Nov 19, 2020
- 1 min read
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım qeydə alınır. Qaygi.info "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu hal uşaqlarda da müşahidə olunur. Həkim-infeksionist Sədrədddin Atakişizadə açıqlamasında bildirib ki, uşaqlardan götürülən testlərin əksəriyyəti pozitiv çıxır. Onun sözlərinə görə, böyüklərlə müqayisədə uşaqlar virusu daha yüngül keçirir. Həkim-infeksionist onu da bildirib ki, sanitar-gigiyenik normalar pozulan yerlərdə virusun yoluxma riski böyükdür. Hər kəs bu məsələdə məsuliyyətli davranmalı, sosial məsafəni qorumalı, tibbi maskalardan istifadə etməlidir. Yalnız belə olduğu halda virusa yoluxmada azalma baş verə bilər. Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
Comentários