Azərbaycanda son sutkada 1022 nəfər koronavirusa yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
- Yeganə
- Oct 30, 2020
- 1 min read
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Opmerkingen