top of page

Azərbaycanla Ermənistan arasında 200 cəsəd dəyişdirilib

  • Yeganə
  • Nov 17, 2020
  • 1 min read



Qarabağ münaqişəsi tərəfləri arasında artıq 200-ə yaxın ölən şəxsin cəsədləri mübadilə edilib. Qaygi.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer bildirib. Maurerin sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, ölənlərin cəsədlərini qaytarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün məhkumları ziyarət etməkdir. "Ölənlərin cəsədlərinin çıxarılması ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nın iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları mübadilə etməyə başladığını bildirməkdən məmnunam. Son məlumatlara görə, tərəflər artıq 200 cəsəd mübadiləsi aparıblar. Səy göstərməyə davam edəcəyik",- Maurer qeyd edib.

Comments


bottom of page