top of page

Azərbaycanlı həkim COVİD-lə bağlı ilginc şeylər açıqladı – Superyayıcı...

  • Yeganə
  • Dec 7, 2020
  • 1 min read

Anestezioloq-reanimatoloq Şahin Məmmədov koronavirus xəstəliyi ilə bağlı geniş ictimaiyyətin bilmədiyi bəzi məqamları açıqlayıb. Şahin Məmmədova görə, hər bir koronavirus xəstəsinin potensial xəstəlik yayıcısı olması barədə fikir düz deyil. Həkim sosial şəbəkə hesabında suallara cavab olaraq qeyd edib ki, koronavirus xəstəsinin yanındakı adamı yoluxdurma ehtimalı 12 faizdir: "Tədqiqatlar göstərib ki, bir evdə yaşayan, eyni havanı, eyni məişət əşyalarını, qapıların dəstəyini paylaşan insanlar mütləq yoluxmalıdır kimi fikir yanlışdır. Yəni evinizdə kimsə COVİD xəstəsidirsə, sizə keçmə ehtimalı cəmi 12% dir. Ailə içərisində yoluxma 88%-də baş vermir. Ən çox həyat yoldaşına keçirə bilər - 43% ehtimalla. Əlbəttə, onlar yataqda bir yatır, daha sıx kontaktda olur. Bir ailədə əgər 2 üzv xəstələnibsə, ilk ağla gələn fikir odur ki, biri digərinə keçirib. Amma bu, həmişə belə olmur. Onların yoluxma mənbələri ayrı da olur - evdən kənarda. Tədqiqatlar göstərib ki, insanlar çöldə, cəmiyyətdə daha çox insanla kontaktda olur, nəinki evdə. Xəstələrin 80%-nin yoluxma mənbəyi 20% xəstələrdir. Yəni 20% xəstə virusu başqa xəstələrlə müqayisədə daha çox yayır. Onlar super yayıcılar adlanır və qalan 80% xəstənin yoluxmasından sorumludular. Əlbəttə, super yayıcının biri evdə olsa, digər ailə üzvləri də böyük ehtimalla COVİD-19 tutacaq. Və belə halları - ailəvi yoluxanları siz də görmüsüz. Xəstə haçan superyayıcı olur? Əgər bir xəstənin immun sistemi zəifdirsə, qızdırması çoxdursa, virus onun bədənində daha sürətli bölünür, nəinki başqa xəstədə. İndi bildiniz nəyə görə bir ailənin bütün üzvləri yoluxur, digər ailədə bir nəfərdən başqa heç kim tutmur? Sonda bir şeyi qeyd edim ki 12% az rəqəm deyil, evdə xəstə varsa, onu izolyasiya edin. Həm də onun super yayıcı olmadığına kimsə təminat vermir”.


Comments


bottom of page