"Azərişıq" bizi barmağına dolamaqda davam edir - ŞİKAYƏT
- Yeganə
- Jan 30, 2021
- 1 min read

“Vətəndaşın əsəbləri ilə oynayan “Azərişıq” ən çox şikayət olunan qurumdur. Bu barədə dəfələrlə yazmışam”.
Bunu jurnalist Raminə Eyvazqızı özünün facebook səhifəsində bildirib.
O, “Azərişıq”la bağlı daha sonra bunları bildirib:
“Məni çoxu gözəl tanıyır, heç vaxt özüm üçün kiməsə, hansısa quruma ağız açmamısam. Öz problemimi qayda-qanun çərçivəsində həll etməyə çalışmışam.
Deməli, 2018-ci ildən Ramanada olan bağçamıza elektrik enerjisi çəkilişinə nail ola bilmirik. Həmkarlarımın çoxunun “işıqlı adam” kimi mədh etdiyi (o yaltaqlığın cəzasını biz çəkirik) “Azərişıq” ASC-nin məsul səxsi Tanrıverdi Mustafayevə dəfələrlə zəng, mesaj yazıb səbəbləri araşdırmağını istəmişəm. Müəllim “ok. Araşdırıram” cümləsindən başqa bir səbəb gətirməyib, laqeydlik davam edib. Müəllimdən pulsuz xidmət, havayı elektrik istəməmişəm, onu “qoruyan” və tənqid yazılarını saytlardan çıxardan bəzi həmkarlarım kimi!!!
Bu vaxta qədər “Azərişıq”ın min hoqqabazlığını gördük, pulgir, araduzəldən işçiləri də ki, başqa aləm.
Nəhayət, yaşlı atam uzun süründürməçilikdən sonra ətrafda faktiki yaşayış yeri olduğu, qəsəbədə elektrik enerjisi olduğu halda “Azərişıq” bizə 431 manatlıq smeta dəyəri olan elektrik verəcəkdi. Pulu ödəmişik, amma… “Azərişıq” yenə çoxu kimi bizi barmağına dolamaqda davam edir. Tanrıverdi Mustafayevə son dəfə yazdım, bəlkə dedim bu özbaşınalığın səbəbini bizə izah edər. Yenə də “ok. Araşdırım” cavabı. Bu postdan sonra “Azərişıq”ın cavabı olar, yəqin. Günümüzə bax da”.
“Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev açıqlamasında deyib ki, məsələ araşdırılıb: “Yəqin ki, bazar ertəsi həllini tapacaq. Bu, 24 iş günündə icra olunur, amma tezliklə elektrik enerjisi ilə təmin olunacaq. Ümumiyyətlə, daxil olan məlumatlar araşdırılır, bu, abonentlərin istəklərinə uyğun həllini tapır və heç bir istehlakçı fərqlənmir. İstehlakçıların məmnun qalması bizim üçün ən önəmli şərtdir”.
Comentários