top of page

Ağalarovlar Azərbaycanda daha 7 restoran açacaq

  • Yeganə
  • Mar 16, 2021
  • 1 min read



“Crocus Group” 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək. Bu barədə holdinqin ortağı Emin Ağalarov “Kommersant”a açıqlamasında bildirib. İş adamının sözlərinə görə, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır. “Təkcə 2021–2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fish Box”, “Cafe Milano”,- deyə Ağalarov qeyd edib. Hazırda “Crocus Group” şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.


Comments


bottom of page