top of page

Bakı və Abşerondakı dumanlı havanın səbəbi açıqlandı

  • Yeganə
  • Mar 18, 2021
  • 1 min read

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunmasının səbəblərini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".


Comments


bottom of page