Bakıda neçə məktəbin Milli Qəhrəman və şəhid adı daşıdığı AÇIQLANDI
- Yeganə
- Dec 28, 2020
- 1 min read

Paytaxtda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı məlum olub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Məlumata görə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır. Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Comments