Bakıda QUZU gəzdirən gəncin maraqlı HEKAYƏSİ - VİDEO
- Yeganə
- Mar 5, 2021
- 1 min read

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının mərkəzində quzuya uşaq bezi geyindirib gəzdirən gənclərlə bağlı məlumat sosial şəbəkələrdə ictimailəşdirildi.
ATV" telekanalının efirində quzunun sahibi ilə bağlı videoreportaj yayımlanıb. Quzuya uşaq bezi taxaraq şəhərdə gəzdirən şəxs, Orucəli Məmmədov 3 aydır ki, quzunu mənzilində saxladığını bildirib. O, quzunu kənddəki qohumlarının tövləsindən gətirdiyini deyib.Onun məsələ ilə bağlı açıqlaması sosial media izləyiciləri arasında gülüşə səbəb olub.
"Gördüm ki, bu quzunu 50- 60 qoyunun arasında gözümçıxdıya salıblar. Səbəbi isə yetim olmasıdır. Baxdım, ürəyim dözmədi, götürüb özümlə gətirdim"
Quzunu Bakıya gətirən Orucəli ona Qoqa adı verib. Süddən yenicə kəsilən quzu hazırda arpa ilə qidalanır.
Comentários