Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb
- Yeganə
- Dec 22, 2020
- 1 min read
Bakıda əczaçılıq şirkətinin nümayəndəsi 156 min manat mənimsəməkdə ittiham olunub. Qaygi.info xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib. “Azfarma Dərman Sənaye LTD” şirkəti hesabda 156 min manat kəsir olduğunu görüb və bu barədə Nərimanov rayon 16-cı polis bölməsinə məlumat verib. Şirkət nümayəndəsinin sözlərinə görə, bu ilin avqust ayında satış mütəxəssisi İ.T. (1973-cü il təvəllüdlü) göstərilən miqdarda dərmanı satmış və gəliri mənimsəmişdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.T.-nin göstərilən cinayətdə iştirakını yoxlayırlar. Şübhəli hələ tutulmayıb.

Comments