Baş nazirin oğlu hədiyyə verdi: ölkədə qalmaqal...
- Yeganə
- Feb 14, 2021
- 1 min read

Yaponiya Baş naziri Yosixide Suqanın “Tohokuşinşa film” peyk yayım şirkətində çalışan oğlunun 4 nazirlik əməkdaşına hədiyyə göndərməsi qalmaqala səbəb olub.
Məsələ ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi və Rabitə Nazirliyi tərəfindən araşdırma aparılıb.
Araşdırma nəticəsində müəyyən olub ki, 4 yüksək səviyyəli bürokrat Baş nazirin oğlu tərəfindən 2016-cı ildən bu yana 12 müxtəlif mərasimdə qəbul edilib. Həmin şəxslər Tokioda ən bahalı restoranların birində Suqanın oğlundan hədiyyələr alıblar.
Bürokratların qəbul etdiyi hədiyyələrin dəyərinin hesablanacağı bildirilir.
Qeyd edək ki, Yaponiya qanunvericiliyinə əsasən, dövlət işçilərinin üçüncü şəxslərdən hədiyyə alması qadağandır.
Commentaires