Bekaryan: "Keçmişimizi məhv etdiniz, gələcəyimizə isə qənim kəsilmisiniz"
- Yeganə
- Mar 1, 2021
- 1 min read

“Son üç ildə informasiya sahəsində Azərbaycan istədiyi hər şeyi etdi, bu milləti və xalqı mümkün qədər alçaltdı”. Bu sözləri siyasi şərhçi Karen Bekaryan bildirib. Onun sözlərinə görə, son müharibə zamanı ölkənin bütün diplomatik düşərgəsi işlədikləri ölkələrdə nələri izah edəcəklərini, kimlərlə danışacaqlarını bilmirdilər. “Onlar dəli tərəfindən onlara hansı əmri verdiyini başa düşmürdülər. Elə bu gün, informasiya müharibəsinin ən önəmli döyüşçüsü, lider Ara Saqatelyanı, hamımızın Arik kimi tanıdığımız fədakar informasiya təbliğatçısını aradan götrdünüz ki, azərbaycanlılara cavab verəcək heç kim olmasın?”. O bildirib ki, Ermənistanın biabırçı məğlubiyyətə uğradığı növbəti cəbhə psixoloji sahədir. “İki il ərzində bu insanları birləşdirən bir şey qalmayıb. Bizi qırılmaz tellərlə bir-birimizə bağlayan və birləşdirən dəyərləri necə tapdalaya bilərdiniz? Erməni Apostol Kilsəsinə hücum etdiniz, mədəniyyətə, milli dəyərlərə hücum etdiniz, siçovul kimi keçmişimizi məhv etdiniz, bu günümüzü yediniz, indi də gələcəyimizə isə qənim kəsilmisiniz”, – deyə Bekaryan bildirib.
Kommentare