top of page

"BİZİ CİN ATINA MİNDİRMƏ!" - Erməni bloqqer Paşinyana Azərbaycan dilində səsləndi

  • Yeganə
  • Dec 23, 2020
  • 1 min read

Məşhur erməni jurnalist-bloqqer Vadim Arutyunov Ermənistan baş naziri Nikol Paşinyana Azərbaycan dilində müraciət edib.

O, müraciəti müəllifi olduğu “Antitopor” kanalının yayımında edib: “Çıx get! Erməni xalqını cin atına mindirmə. Get cəhənnəm ol! Bilirsən, hakim nə vaxt özünün heç kim olduğunu anlamalıdır: xalq ona hörmət etməyəndə və düşmənlər onu sevəndə”, - V.Arutyunov vurğulayıb. Qeyd edək ki, 42 yaşlı Vadim Arutyunov Bakıda anadan olub. O, ixtisasca şərqşünasdır. Jurnalist yutubdakı "Antitopor" kanalının müəllifidir./report

Comments


bottom of page