top of page

Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq - Azərbaycan Prezidenti

  • Yeganə
  • Oct 25, 2020
  • 1 min read

Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini məhv etmişik. Bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib: "Biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir. Bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır".


Commentaires


bottom of page