top of page

Britaniya şirkəti Qarabağda kəşfiyyat aparacaq

  • Yeganə
  • Jan 23, 2021
  • 1 min read


Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.

Şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək: “Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı”. Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur (trend).


Comments


bottom of page