Bu barədə qardaş Pakistana məlumat verdim - Deputat
- Yeganə
- Oct 7, 2020
- 1 min read
Dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi cənab Murteza Caved Abbasi və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmuda rəhbərlik etdiyim Pakistan-Azərbaycan parlamentlərarası işçi qrupu adından Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı haqda məlumat verdim.

Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin rəhbəri, millət vəkili Qənirə Paşayeva qeyd edib.
“Məktubda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından mülki əhalini intensiv şəkildə atəşə tutmasını bildirdim”, - deputat bildirib.
Comments