top of page

Bərdənin raket atəşinə tutulması nəticəsində yaralanan uşaqlar...

  • Yeganə
  • Oct 28, 2020
  • 1 min read




Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Xəstəxanaya gətirilən 12 yaralıdan dördü də azyaşlıdır: "Yaralılardan biri kəllə-beyin travması ilə neyrocərrahiyə şöbəsinə göndərilib. Digər xəstələr əməliyyat edilib. Hazırda vəziyyətləri orta ağırdır". Raketin partlaması nəticəsində qəlpə yarası alan Zərqələm Alıyeva deyib: "Həyətdə idik. Qəfildən partlayış səsi eşitdik. Sanki hər tərəf partlayırdı. Yerə uzandıq. Qalxanda gördüm sol budumdan yaralanmışam Xəstəxanaya gətirdilər. Əməliyyat olqəlpəni çıxardılar". Qarayusifli kəndinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Balaca Tahirə əməliyyat olunub, baldırındakı qəlpə çıxarılıb.

Comentários


bottom of page