top of page

Cəbhə bölgəsindəki uşaqlar üçün Türkiyədən “Hədiyyə karvanı” gəlir: Xeyriyyəçi iş adamından möhtəşəm

  • Yeganə
  • Nov 25, 2020
  • 1 min read





Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlu bu dəfə azərbaycanlı uşaqlar üçün möhtəşəm bir layihəyə imza atıb. Belə ki, onun təşkil etdiyi “Hədiyyə karvanı” 15-31 dekabr tarixlərində Azərbaycanın sərhəd rayonlarında və müharibədən əziyyət çəkən bölgələrdəki uşaqları sevindirmək üçün yola çıxacaq. Dekabrın 15-də Balıkəsirdən yola düşən “Hədiyyə karvanı” dekabrın 21-22-də Tovuz rayonunda, 23-24 dekabrda Bərdə rayonunda, 25-27 dekabrda Tərtər və Ağdam rayonlarında, 28-29 dekabr tarixlərində isə Füzuli rayonunda olacaq, uşaqları müxtəlif hədiyyələrlə sevindirəcək. Mehmet Mutlu Bakıda olarkən Qeyd edək ki, təşkilat yarandığı gündən bəri "Çocuk oyunla, Dünya çocuqla böyüyür” şüarı ilə 55 şəhərdə olmaqla, 250 mindən çox uşağı ənənəvi açıq hava oyunları ilə tanış edib. Dünyada və ölkəmizdə hökm sürən pandemiya dövründə ictimai, kütləvi tədbirlərin təşkili mümkün olmadığından bu dəfə Federasiya Azərbaycandakı uşaqlara daha çox evlərində valideynləri ilə oynaya biləcəkləri oyun qurğularını hədiyyə edəcək. Həmçinin, azyaşlıların əsas ehtiyaclarını qarşılayacaq hədiyyələrin verilməsi də nəzərdə tutulur. Uşaq Oyunları Federasiyası bu layihəni Xarici İşlər Nazirliyi və Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin dəstəyi, əməkdaşlığı ilə həyata keçirəcək. Xatırladaq ki, daha öncəki illərdə də Mehmet Mutlunun rəhbərlik etdiyi Uşaq Oyunları Federasiyası Azərbaycanın Bakı, Gəncə, Qazax, Lənkəran, Qəbələ , Mingəçevir, Şəki şəhərlərində olub, uşaqlar üçün tədbirlər təşkil maraqlı tədbirlər təşkil edib, yarışmalar keçirib.

Comments


bottom of page