Cəbrayılın müharibə uşaqları: - Bizim üçün Şuşanı alın!
- Yeganə
- Oct 15, 2020
- 2 min read



Cocuq Mərcanlıda yaşayan uşaqların adından bu arzunu bizə 11 yaşlı Mətləb Həziyev bildirdi. “Ot kökü üstə bitər” məsəlinə uyğun gələn bu oğlan Qarabağa qayıdışın ilk ünvanına çevrilən kənddə 22 il ailəsi ilə tək yaşayan Oqtay Həziyevin nəvəsidir.
Cocuq Mərcanlıda həyatın öz axarı ilə davam etdiyinin ən böyük sübutu uşaqların qəsəbədə rahat şəkildə oynamalarıdır. Müharibə onlar üçün bir film kimidir. Arzularısa realdır : “Cəbrayılı aldıq, indi Füzuli istiqamətində əks-hücum keçirirk. Bizim üçün Şuşanı, Laçını, Kəlbəcəri alın”! – deyirlər bu dilli-dilavər balalar.
Hamı öz evində-eşiyində, öz işində-gücündədir. Baxmayaraq ki, Cocuq Mərvcanlıya Erməni Ordusnun atdığı partlayan və partlamayan mərmilərin sayı çoxdur. Sosial obyektlərə və evlərə də xeyli ziyan dəyib. Amma müharibənin dağıntılarından , mülki sakinlərin yaralanmasından danışmayacayıq. Çünki, bu uşaqların dediklərin sonra belə təfərrütlara varmaq heç ağlımızdan da keçmir. Cəbhə bölgəsində yaşadıqlarına görə yaşlarından xeyli böyük olan uşaqların...
O ki qaldı təhlükəyə görə uşaqları kəndən çıxartmaq haqqında təkliflərə, cavabı elə digər balaca vətənpərvər Fərrux Şirinov belə verdi: - Deyirik ki, olmaz, biz öz Vətənimizdə qalmaq istəyirik.
Vətən onu sevənlərindi və eləcədə bu 11 yaşlı uşağındı - ermənilərin təbliğat maşına qoşulub, sayıqlayan hansısa manqurtun yox.
Azərbayçanlılıq təkcə şəxsiyət vəsiqəsində vətəndaşlıq qrafasındakı qeydlə müəyyən edilmir axı!
Cocuq Mərcanlı 1994-cü ildən Azərbay Ordusnun nəzarətində olsa da, yalnız aprel zəfərindən sonra yenidən tikilib və 150 ailə doğma yurd-yuvasına qayıdıb. Kəndə ilk qayıdanlardan olan Şahsuvar Şiriniov o günləri həvəslə xatırlayır: “Bizim bu Lələtəpə azad olunandan sonra hörmətli prezdentimiizn səyi nəticəsində dağıdılmış Cocuq Mərcanlı kəndi 3 ay ərzində bərpa olundu. İnanırıq ki, Prezdentimzin köməkliyinən Böyük Mərcanl daxil olmaqla Cəbrayıln digər alınan torpaqlarında olan kəndlər də 2-3 ay ərzində bərpa olunacaqdır”.
Uçaqların zirehli jiletimizi geyinmək istəklərini də cavabsız qoymuruq. Bu müharibə uşaqların gələcək peşləri arzusu isə bir yerdə kəsişir: - ZABİT OLMAQ!
Və bunun həyata keçəcəyinə, onların aralarında gələcəyin görkəmli zabitlərin olacağına əminik.
Dünyanın ən güclü 50 ordusunun arasında olduğunu deyirdilər. Ordumuz dünyanın ən güclü ordularının ilk onluğunda olduğunu sübut elədi.
Ali Baş Komandanın uğurlu daxili və xarici siyasətinin bəhrələrinin davamı mütləq olacaq!
O ki qaldı, uşaqların “bizim üçün Şuşanı alın” arzusuna...
Burda olan məscid 2017-ci ildə Cocuq Mərcanlının bərpası zamanı tikilib və Şuşada olan Gövhərağa məscidinin bənzəridir.
İnanıırıq ki, Azərbaycan Ordusnun əks hücuçu ilə Şuşanın azad ediləcəyi və əsl Gövhərağa məscidinin bərpa ediləcəyi gün gün uzaqda deyil.
Cəbhə etüdləri – Şöhrət Eyvazov yazır
Comments