top of page

Daha 3 942 nəfər COVID-19-a yoluxdu - GÜNÜN STATİSTİKASI

  • Yeganə
  • Dec 2, 2020
  • 1 min read



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Operativ Qərargahın birifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411 ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb".

Comments


bottom of page