top of page

"Demək olar ki, Xankəndi ordumuzun..." - CƏBHƏDƏN XƏBƏR

  • Yeganə
  • Nov 9, 2020
  • 1 min read


“Şuşanın işğaldan azad olunmasının strateji əhəmiyyəti hədindən artıq çoxdur. Bu tarixi şəhər Ermənistanla işğal altındakı əraziləri birləşdirən yolun üstündə yerləşir. Bu baxımdan, Şuşanın azad olunması düşmən üçün növbəti yolun bağlanması deməkdir”.

Bu sözləri

hərbi ekspert Əbuzər Əbilov deyib. O, Şuşanın alınmasının düşmənə ən ağır zərbə olduğunu bildirib:

“Şuşanın azad olunması Ermənistandan Qarabağa canlı qüvvə, silah-sursat daşınmasına imkan vermirir. Ümumiyyətlə, Şuşa strateji baxımdan Qarabağın ən yüksək nöqtəsidir. Buradan bilavasitə həm Xankəndinə, həm də Qarabağın dərinliklərində olan Azərbaycan torpaqlarına birbaşa zərbə endirmək mümkündür. Faktiki olaraq, Şuşanın alınması Ermənistan ordusunun sınması deməkdir. Son məlumata görə, Xankəndinə də gedən yol tamamilə bağlanıb. Bundan sonra Xankəndi demək olar ki, Azərbaycan Ordusunun əlinin altındadır. Sözsüz ki, Şuşadan vurulan hər bir zərbə orada olan erməni hərbiçilərinin düz başına düşəcək. Biz hər keçən gün daha da irəli gedirik. Bu, Azərbaycan Ordusunun düzgün plan əsasında irəlilədiyinin göstəricisidir”. 



Comments


bottom of page