DİM sədri bir sıra imtahanların TARİXLƏRİNİ AÇIQLADI
- Yeganə
- Jan 29, 2021
- 1 min read

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın vaxtı açıqlanıb.
"Əvvəlki illərin məzunları üçün ümumi 9 illik təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi iyun ayı ərzində olacaq".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Sədr qeyd edib ki, rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq:
"Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək".
Comments