top of page

Dursunov Rüstəm: Məndə qaziyəm. Onlar mənim qardaşlarım, Şəhid ailələri isə baş tacımdır -MÜSAHİBƏ

  • Yeganə
  • Oct 22, 2020
  • 1 min read

Updated: Oct 23, 2020

"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin Səhiyyə üzrə sədr muavini Dursunov Rüstəm Mustafa oğlu 1970-ci ildə Saatlı rayonu Fətəli kəndində anadan olub. II qrup Qarabağ əlilidir. Ailəlidir, 3 övladı var.

Rüstəm müəllim demək olar ki, Respublikada yetərincə tanınır və sevilir. O, Qarabağ əlillərinə elə qayğı göstərir ki, elə sanırsan həkimdir. Əslində isə həkim deyil, Şəhid ailələrinin, Veteranların, Qarabağ əlillərinin mənəvi həkimidir.

Jurnalistimiz Yeganə xanımın Rüstəm müəllimdən aldığı müsahibəni sizlərə təqdim edirik.


-Rüstəm müəllim, bu istək sizdə hardan yarandı ki, siz həyatınızı bu insanlara həsr etmisiz?

-Məndə qaziyəm. Onlar mənim qardaşlarım, Şəhid ailələri isə baş tacımdır.


-Rüstəm müəllim siz elə sistem qurmusunuz ki, bu kateqoryadan olan insanları demək olar ki, xəstəxanalarda növbədənkənar, ödənişsiz qəbul edirlər.

-Bu sistemin qurulmağında sədr Firudun Məmmədovunda böyük xidmətləri var. İllərdir ki, bu həkimlərlə işləyirik.


-Gəlin etiraf edək ki, illər əvvəl Qarabağ əlillərinə bu qədər qayğı və diqqət göstərilmirdi.

-Hal hazırda Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, tibbi personaldan Mahir Babayev, Təranə xanım, Qarabağ veteranı Fariz Camalov, Topçubaşov adına Elmi Tətqiqat İnistutunun baş həkimi Yusif Əliyev, Cahangir Abdullayev adına Elmi Tətqiqat İnistutunun Baş həkimi Səmədov Rza, tibbi personaldan Rəhimova Esmira, Fərəcova Nailə, Tramotologiya İnistitunun rəhbərliyi və Şəmistan həkim bu kateqoriyadan olan insanların sağlamlığının keşiyində dururlar. Bu siyahını dahada artırmaq olar. Tibb işçilərimiz təmənnasız Şəhid ailələrinə və Qarabağ əlillərinə qulluq edirlər. Fürsətdən istifdə edərək saytımız vasitəsi ilə tibb işçilərimizə təşəkkür edirəm nə yaxşı ki, dərdlərimizi öz dərdləri bilən dəyərli həkimlərimiz var.


-Rüstəm müəllim elə məndə sizə və həkimlərimizə təşəkkür edirəm.


Müsahibəni aldı: Yeganə Qocayeva

Yorumlar


bottom of page