top of page

Dönərxanada zəhərlənmə - 17 yaşlı gənc öldü, biri xəstəxanalıq oldu

  • Yeganə
  • Mar 8, 2021
  • 1 min read



Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Qaygi.info "Report"un Şimal bürosuna istinadla bildirir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page